Osaka və Barti 1/4 finalda, Halep mübarizəni dayandırdı

Osaka və Barti 1/4 finalda, Halep mübarizəni dayandırdı

Sinsinnatidə keçirilən "Masters" seriyalı turnirdə üçüncü mərhələyə yekun vurulub.

Dünya bir nömrəsi Naomi Osaka Su-Vey Sedən, WTA sıralamasının ikincisi Əşli Barti isə Anett Kontaveytdən güclü olub. Həmçinin Vinus Vilyams və Karolina Plişkova da mərhələ adlayıblar.
 
"Vimbldon"un qalibi Simona Halep Medison Kizlə bacarmayıb. Mübarizəni dayandıranlar sırasında Elina Svitolina və Sloun Stivens də var.


Western and Southern Open (Premier 5)

Sinsinnati, ABŞ

Üçüncü mərhələ

Əşli Barti (Avstraliya) - Anett Kontaveyt (Estoniya) - 2:1 (4:6, 7:5, 7:5)

Svetlana Kuznetsova (Rusiya) - Sloun Stivens (ABŞ) - 2:0 (6:1, 6:2)

Mariya Sakkari (Yunanıstan) - Arina Sobolenko (Belarus) - 2:1 (6:7, 6:4, 6:4)

Vinus Vilyams (ABŞ) - Donna Vekiç (Xorvatiya) - 2:1 (2:6, 6:3, 6:3)

Karolina Plişkova (Çexiya) - Rebekka Peterson (İsveç) - 2:0 (7:5, 6:4)
 
Naomi Osaka (Yaponiya) - Su-Vey Se (Tayvan) - 2:1 (7:6, 5:7, 6:2)

Medison Kiz (ABŞ) - Simona Halep (Rumıniya) - 2:1 (6:1, 3:6, 7:5)
 
Sofiya Kenin (ABŞ) - Elina Svitolina (Ukrayna) - 2:0 (6:3, 7:6)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR