“Oteldə yalnız pişiklər Essyenlə şəkil çəkdirməyiblər” - Rıbka

“Oteldə yalnız pişiklər Essyenlə şəkil çəkdirməyiblər” - Rıbka

"Məni dəvət etmək istəyən klub tapılsa, təklifi götür-qoy edərəm”.

Sport7.az xəbər verir ki, bu sözləri "Səbail”in qapıçısı Aleksandr Rıbka deyib.

Ukraynalı qolkiper həmyerlilərinə verdiyi müsahibədə Premyer Liqanın autsayderini tərk etmək istəyini də dilə gətirib: "Azərbaycanda hər şey məni qane edir. Amma ailəmə yaxın olmaq istəyirəm. "Səbail”ə məni yaxşı qarşıladığı üçün təşəkkür edirəm. Rəhbərlik də, məşqçilər korpusu da hörmətlə yanaşırlar”.

Rıbka komanda yoldaşı olan məşhur Maykl Essyen barədə də danışıb. Ukraynalı bildirib ki, hazırda Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı zamanı "Çelsi”nin sabiq ulduzu il məskunlaşdığı oteldə hamının diqqət mərkəzindədir: "Maykl Essyenin maaşının məbləği mənə məlum deyil. Düşünürəm ki, o bura pul üçün gəlməyib. O, futbolu sevir və hələ də oynamaq istəyir. Əminəm ki, onu ən az maraqlandıran puldur. Etiraf edim ki, bizim oteldə yalnız pişiklər onunla şəkil çəkdirməyiblər. Əvvəl otelin personalı inanmırdı ki, bu Essyendir. Sonradan cəsarət tapıb avtoqraf üçün yaxınlaşdılar. O, çox ünsiyyətcil, təmkinli, əla oğlandır. Ünsiyyətdə və  məşqdə hər hansı narahatçılıq hiss olunmur. Hamı ilə tam açıqdır”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR