Oğuz Çətin:

Oğuz Çətin: "Belə qollar buraxmaq..."

Azərbaycan Premyer Liqasının 17-ci turunun "Xəzər Lənkəran" - "Qarabağ" (2:3) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Oğuz Çətin görüşlə bağlı fikirlərini bölüşüb.

Sport7.az xəbər verir ki, türkiyəli məşqçi müdafiə xəttindən şikayətlənib: 

"Meydana qələbə qazanmaq üçün çıxmışdıq. İstəyimiz çox idi. "Qarabağ" kimi komandaya 2:1 hesabıyla qalib gəldiyin oyunu yekunda 2:3 hesabı ilə uduzmaq çox üzücüdü. Belə qollar buraxmaq bizim üçün xoş məqam deyil. Yenə səhvlər var idi. Biz müdafiə xəttini gücləndirməliyik". 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR