"Neftçi"dən ayrılan futbolçu: "Çox danışmaq istəmirəm"

Bildiyiniz kimi, mövsümün sonunda "Neftçi"dən ayrılan Baqali Dabo Kiprin "Apollon" komandası ilə 2 illik müqavilə bağlayıb.
 
Sport7.az xəbər verir ki, 32 yaşlı hücumçu yeni klubunun rəsmi "twitter" səhifəsinə qısa açıqlama verib.
 
Fransalı futbolçu komandanın azarkeşlərinə səslənərək "Çox danışmaq istəmirəm. Narahat olmayın. Əlimdən gələnin ən yaxşısını edəcəyəm. Ümid edirəm ki, çox yaxşı mövsüm keçirəcəyik", deyib.
 
Qeyd edək ki, Baqalı Dabo Azərbaycanda "Neftçi" və "Qəbələ"də çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR