"Oyun gözlədiyimiz kimi keçmədi" - Ruslan Rotan

Yığmamızla oyundan sonra Ukraynanın U-21 millisinin çalışdırıcısı Ruslan Rotan fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Bakıda sonuncu dəfə 2015-ci ildə olmuşdum. Açığı, şəhəriniz çox dəyişib, yaxşı mənada təəccübləndirdi. Yoldaşlıq oyunu üçün məhz bizi dəvət etdiyinizə görə təşəkkür edirik.

Oyun gözlədiyimiz kimi keçmədi. Yoldaşlıq görüşü olduğu üçün yeni dəvət etdiyimiz futbolçuları yoxlamağa çalışdıq. Bu istəyimiz də cəmi bir hissə alındı. İki qırmızı vərəqə aldıq və azlıqda qaldıq. Futbolçularımın əzmkarlıq göstərməsi məni sevindirdi. Azərbaycan millisi isə daha intizamlı, çevik və kompakt oynadı. Bu da Milan Obradoviçin əl işidir. Çünki əvvəlki matçlarınızda bunu izləməmişdik”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR