"Oyuna ciddi hazırlaşmışdıq" - Ayxan Abbasov

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun 1/8 final mərhələsində baş tutan "Zaqatala" ilə matçdan sonra fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "İlk öncə bu soyuq havada bizi dəstəkləyən azarkeşlərimizə təşəkkürümü bildirirəm. Belə havaya rəğmən onlar bu gün bizi tək buraxmadılar. Birinci dəstənin ən döyüşkən futbol oynayan komandası ilə qarşılaşacağımızı bilirdik. Biz də oyuna ciddi hazırlaşmışdıq. Premyer Liqada az forma şansı əldə edən futbolçularımıza da bu gün şans verdik. Əsas məqsədimiz turu keçmək idi ki, bunu da bacardıq. Artıq bu oyunu unudub, qarşıdan gələn matçlara hazırlaşmalıyıq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR