"Oyundan əvvəl verdiyimiz sözü tutduq" - Yığmamızın baş məşqçisi

ASK Arenada keçirilmiş Azərbaycan – Moldova oyunundan sonra millimizin baş məşqçisi Siyasət Əsgərov AFFA-nın mətbuat xidmətinə danışıb.
 
Sport7.az xəbər verir ki, mütəxəssis Avropa çempionatının seçmə mərhələsindəki son matçları və qazandıqları qələbə haqda bunları deyib: "İspaniya ilə oyundan sonra bu qarşılaşmaya köklənmək bir qədər çətin oldu. Komandam 90 dəqiqə xarakter, mübarizə, istək nümayiş etdirdi. Düzdür, oyun ərzində bəzi tapşırıqları daha dəqiq yerinə yetirə bilərdik. Misal üçün, əlavə qollar vura bilərdik. Bu çatışmazlıq oyun təcrübəmizin az olması ilə əlaqədardır. Əsas o idi ki, oyundan əvvəl verdiyimiz sözümüzü tutduq və qələbə qazandıq. Qələbə münasibətilə komandamı təbrik və təşəkkür edirəm. Ümid edirəm, əldə etdiyimiz qələbə ilə əvvəlki məğlubiyyəti unutdura bildik”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR