Oyundan sonra hakimi döydülər

Oyundan sonra hakimi döydülər

Ukraynanın Birinci Liqasında "Aqrobiznes" və "Minay" komandaları arasında keçirilmiş XXIV tur matçının baş hakimi Yuri İvanov fiziki təzyiqə məruz qalıb. 

Sport7.az xəbər verir ki, İvanov qarşılaşmanın ardından hakimlər otağında döyülüb. Faktla əlaqədar hüquq-mühafizə orqanları çəkilişlər edib, araşdırmalara başlayıblar. 

Referi "Aqrobiznes"in oyunçularına 8 sarı vərəqə göstərib və bu komandanın qapısına penalti təyin edib. Oyun "Minay"ın son dəqiqə qolları sayəsində qələbəsi ilə yekunlaşıb - 2:0. İkinci qolu əslən azərbaycanlı hücumçu Anatoli Nuriyev vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR