Niderland 2-ci liqasında 26-cı turun oyunları keçirilib.
Sport7.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu "Telstar” da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası səfərdə "Maastrixt”lə üz-üzə gəlib və 0:2 hesabıyla yenilib.
Ozan Can start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Telstar” 2-ci liqada 26 turdan sonra 34 xalla 9-cu sıradadır.
Sport7.az