Ozobiçin durumuna aydınlıq gəldi

Ozobiçin durumuna aydınlıq gəldi

"Qarabağ"ın zədəli futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.

Sport7.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi təxminən bir həftədən sonra məşqlərə başlayacaq. Ötən məşqlərin birində xəsarət alan xorvatiyalı oyunçunun Azərbaycan Kubokunun 1/4 final matçlarına qədər sıraya dönəcəyi gözlənilir.

"Qarabağ" fevralın 1-də və ya 2-də Azərbaycan Kubokunda "Turan Tovuz” - "Qəbələ” cütünün qalibi ilə üz-üzə gələcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR