Para-cüdoçularımız ilk yarış gününü medalla bitirdi

Para-cüdoçularımız ilk yarış gününü medalla bitirdi

Özbəkistanın Daşkənd şəhərində keçirilən Para-cüdo idman növü üzrə QranPri-nin ilk günü başa çatıb.
 
Sport7.az xəbər verir ki, yarışların ilk günündə paralimpiyaçı cüdoçularımız 2 gümüş, 3 bürünc medal əldə edib.

Kişilər arasında -66 kq çəkidə Namiq Abbaslı və qadınlar arasında -57 kq çəkidə Sevda Vəliyeva gümüş, kişilər arasında - 73 kq çəkidə Ramil Qasımov, qadınlar arasında -48 kq çəkidə Şəhanə Hacıyeva və -57 kq çəki dərəcəsində Afaq Sultanova isə bürünc medal qazanıb.

Yarışın nəticələri Tokyo 2020 Paralimpiya Oyunlarında iştirak etmək üçün idmançılarımızın lisenziya xallarını dahada artırır.
 
Sabah, yarışın ikinci günündə paralimpiyaçılarımız - kişilər arasında -81 kq-da Rəhimli Hüseyn, -90 kq-da Rövşən Səfərov, -100 kq-da Abdullaxanlı Kənan və +100 kq çəki dərəcəsində iki qat paralimpiya çempionu İlham Zəkiyev xalça üzərinə çıxacaq. Qadınlar arasında isə -63 kq-da Xanım Hüseynova, -70 kq çəkidə Zülfiyyə Hüseynova və +70 kq çəkidə Dürsədəf Kərimova yarışacaqlar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR