Para-Pauerliftinq üzrə hakimlərimiz üçün seminar keçirildi (FOTOLAR)

Para-Pauerliftinq üzrə hakimlərimiz üçün seminar keçirildi (FOTOLAR)

Beynəlxalq Paralimpiya Komitəsinin Para-Pauerliftinq idmanı sektorunun yarışlar üzrə Baş hakimi Azzam Sari Ali Al-Zubi Azərbaycan Milli Paralimpiya Komitəsinin dəvəti ilə Bakıya gəlmişdir.
 
Sport7.az xəbər verir ki, O, 24-28 avqust 2019-cu il tarixlərində Bakı şəhərinə səfər edib. Bakıda "Rəsmi Texniki İşçi” (hakimlik) layihəsi çərçivəsində 11 nəfər paralimpiyaçı hakimin iştirakı ilə seminar keçirmişdir. Seminarın sonunda imtahan verən iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Beləliklə, sertifikat əldə etmiş hakimlərimiz gələcəkdə pauerliftinq idman növü üzrə keçiriləcək beynəlxalq yarışlarda hakimlik etmək üçün ilkin mərhələni müvəffəqiyyətlə başa vurmuşlar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR