Paracüdo üzrə qran-prinin loqosu və medalları təsdiq olundu

Paracüdo üzrə qran-prinin loqosu və medalları təsdiq olundu

Bakıda keçiriləcək paracüdo üzrə Qran-Prinin loqosu və medalları təsdiq edilib.

Sport7.az xəbər verir ki, 11-12 may 2020-ci il tarixlərində Bakıda "IBSA JUDO GRAND PRIX BAKU 2020" yarışı keçiriləcək. Ölkəmizdə ikinci dəfə keçiriləcək bu mötəbər yarışda 40-dan artıq ölkədən 400-ə yaxın iştirakçının qatılacağı gözlənilir. Yarış XVI Tokio Yay Paralimpiya Oyunlarına lisenziya almaq üçün reytinq xalları qazandırır.
 
Turnirdə kişilər 60 -66-73-81-90-100 və 100+ çəki dərəcələrində, qadınlar isə 48-52-57-63-70 və 70+ çəki dərəcələrində mübarizə aparacaqlar.
 
Qaliblərə təqdim olunacaq medalların nümunələri artıq təsdiq olunmuşdur. Qran-Pridə iştirak edəcək Azərbaycan milli komandasının tərkibi aprel ayının sonunda elan olunacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR