Paracüdoçularımız 15 medal qazandı

Paracüdoçularımız 15 medal qazandı

Heydər Əliyev adına İdman Sarayında keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri turniri sona yetib.
 
Sport7.az xəbər verir ki, yarışda 35 ölkədən 214 cüdoçu qalib adı uğrunda mübarizə aparıb. Heydər Əliyevin xatirəsinə həsr olunan turnirdə Azərbaycan millisi 21 idmançı ilə təmsil olunub.

Yarışın sonuncu günündə kişilər  90, 100 kiloqram və 100 kiloqramdan yuxarı, qadınlar isə  63, 70 kiloqram və 70 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparıblar. Turnirin ikinci günündə 9 paracüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Təmsilçilərimizdən Rövşən Səfərov finala qədər inamla irəliləyib. 90 kq çəki dərəcəsində çıxış edən idmançımız moldovalı Oleq Kretula qalib gələrək dörddəbir finala yüksəlib. Paracüdoçumuz  növbəti mərhələdə Türkiyə idmançısı İbrahim Bölükbaşı 3 saniyəyə ipponla məğlub edərək yarımfinala adlayıb. Növbəti görüşündə də idmançımız ukraynalı Aleksandr Nazarenkonu 3 saniyəyə ipponla məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə Rövşən Səfərov İran idmançısı Vahid Nuriyə məğlub olub və gümüş medala layiq görülüb.

60 kq çəkidə çıxış edən Xanım Hüseynova isə bürünc medala sahib olub. 

Kişilər arasında iranlı Vahid Nuri (90 kq), Böyük Britaniya idmançısı Kristofer Skelley (100 kq) və özbəkistanlı Şirin Şaripov (+ 100 kq) qalib adını qazanıblar.

Qadınların mübarizəsində isə özbəkistanlı Nafisa Şeripboyeva (63 kq), meksikalı Lenia Ruvalkava (70 kq) və İtaliya təmsilçisi Karolina Kosta (+ 70 kq)  fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Turnirin ilk günündə Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 3 bürünc medal qazanmışdı.

"Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran turnirdə Azərbaycan millisi 3 qızıl, 4 gümüş və 4 bürünc medalla komanda hesabında ikinci yeri tutub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR