Paracüdoçularımız Gürcüstanda 4 medal qazandı

Paracüdoçularımız Gürcüstanda 4 medal qazandı

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin kişilərdən ibarət cüdo komandası Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilən Dünya kubokunda iştirak ediblər.

Sport7.az xəbər verir ki, 15 ölkənin iştirak etdiyi yarışda idmançılarımız 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Qızıl medalı Hüseyn Rəhimli (-81 kq) ölkəmizin aktivinə yazdırıb. Rövşən Səfərov (-90 kq) gümüş, Namiq Abbaslı (-66 kq) və Murad Əliyev (-60 kq) isə bürünc medallara layiq görülüblər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR