Paracüdoçularımız Qran Pridə iştirak edəcək

Paracüdoçularımız Qran Pridə iştirak edəcək

Azərbaycanın cüdo idman növü üzrə paralimpiya yığma komandası 23-24 sentyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçiriləcək Beynəlxalq Qran Pri yarışında iştirak edəcək.
 
Sport7.az xəbər verir ki, komandamız sabah Özbəkistana yola düşür.

Bununla əlaqədar Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov komandanın üzvlərini qəbul edib. O, para cüdo komandasına ümidlərin böyük olduğunu qeyd edib. İdmançılara yarışlarda uğurlar arzu edib.

"Tokio 2020" Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran yarışda ölkəmizi 8 kişi, 8 qadın olmaqla 16 idmançı təmsil edir.
Komandamızın tərkibi aşağıdakı kimidir:

Kişilər: Vüqar Şirinli (-60kq), Bayram Mustafayev (-66kq), Namiq Abbaslı (-66kq), Ramil Qasımov (-73kq), Hüseyn Rəhimli (-81kq), Rövşən Səfərov (-90kq), Kənan Abdullaxanlı (-100kq) və komandanın kapitanı İlham Zəkiyev (+100kq)

Qadınlar: Şahanə Hacıyeva (-48kq), Səbinə Abdullayeva (-52kq), Bəsti Səfərova (-52kq), Afaq Sultanova (-57kq), Sevda Vəliyeva (-57kq), Xanım Hüseynova (-63kq), Zülfiyyə Hüseynova (-70kq) və Dürsədəf Kərimova (+70kq).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR