Paralimpiya Komitəsinin rəsmiləri beynəlxalq tədbirdə iştirak edəcək

Paralimpiya Komitəsinin rəsmiləri beynəlxalq tədbirdə iştirak edəcək

Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyyəti Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) 24-27 oktyabr 2019-cu il tarixlərində Almaniya Federativ Respublikasının Bonn şəhərində keçiriləcək tədbirlərdə iştirak edəcəklər.
 
Sport7.az xəbər verir ki, onlar BPK-nin 30 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etdikdən sonra, BPK-nin Konfrans və Baş Assambleyasının iclaslarına qatılacaqlar. Konfransda Paralimpiya hərəkatı və inkişaf yolunda əldə olunan naliyyətlər, Paralimpiya idmanı, sosial həyata təsir göstərən investisiya və görülən işlər, yeni inkişaf və təcrübələrə dair Milli Paralimpiya Komitələrinin təqdimatlarının seçilməsi və BPK-nin yenilənmiş daimi üzvlərinin seçilməsi haqqında məsələlər müzakirə ediləcək.

BPK-nin Baş Assambleyasında BPK-nin daimi üzvlüyünə qəbul, Tokyo 2020 Yay Paralimpiya Oyunlarına hazırlıq, Pekin 2022 Qış Paralimpiya Oyunlarına hazırlıq, Paris 2024 Yay Paralimpiya Oyunlarına hazırlıq və Los Angeles 2028 Yay Paralimpiya Oyunlarına hazırlıqla bağlı hesabatlar dinləniləcək və müzakirələr aparılacaq.
 
Səfər müddətində İlqar Rəhimovu Komitənin birinci vitse prezidenti Natiq Qasımov və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rüfət Hacılı müşayət edəcəklər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR