Paralimpiya Komitəsinin vitse-prezidenti vəzifəsindən getdi

Paralimpiya Komitəsinin vitse-prezidenti vəzifəsindən getdi

Paralimpiya Komitəsində iclas keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasda MPK-nın prezidenti İlqar Rəhimov çıxış edərək bildirmişdir ki, komitənin birinci vitse-prezidenti Natiq Qasımov ərizə ilə müraciət etmiş və tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. Komitə prezidenti onun xahişini nəzərə alaraq müvafiq əmr imzalamışdır. Daha sonra İlqar Rəhimov Natiq Qasımovun komitədəki fəaliyyəti ilə bağlı geniş çıxış etmiş, müsbət işlərini qeyd etmiş və təşəkkürünü bildirmişdir.

Natiq Qasımov çıxışında komitədəki fəaliyyəti barədə xoş təəssüratlarını bölüşmüş və gələcəkdə komitənin bütün tədbirlərinə fəal iştirak edəcəyini bildirmişdir.
İclasın sonunda Natiq Qasımova komitə adından xatirə hədiyyələri təqdim edilmişdir.

Natiq Qasımov Milli Paralimpiya Komitəsində 7 dekabr 2012-ci ildən vitse-prezident, daha sonra 8 fevral 2013-cü ildən birinci vitse-prezident vəzifələrində çalışıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR