Paralimpiya millimiz dünya çempionatına qatılacaq (FOTOLAR)

Paralimpiya millimiz dünya çempionatına qatılacaq (FOTOLAR)

Azərbaycanın atletika idman növü üzrə paralimpiya milli komandası 02-16 noyabr 2019-cu il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.
 
Sport7.az xəbər verir ki, yarış öncəsi Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov komanda üzvlərini qəbul edib.

Komitə prezidenti qeyd edib ki, bu yarış "Tokio 2020" paralimpiya oyunlarına birbaşa lisenziya qazandırır. Bu səbəbdən də dünya çempionatında yaxşı nəticələr göstərmək olduqca vacibdir.

"Bu əhəmiyyətli yarışda sizdən yalnız yaxşı nəticələr gözlənilir", - deyən İlqar Rəhimov komandanın üzvlərinə uğurlar diləyib.

Komandanın baş məşqçisi, ikiqat paralimpiya çempionu Oleq Ponyutin və Komandanın kapitanı, paralimpiya çempionu Oloxan Musayev komandanın yarışlara hazır olduğunu qeyd ediblər və yarışdan medallarla dönəcəklərini qeyd ediblər.

Para atletika üzrə dünya çempionatında ölkəmizi 9 idmançı təmsil edəcək. Yarış "Tokyo 2020" Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazandırır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR