Paralimpiyaçılarımız finala çıxsalar da... (FOTOLAR)

Paralimpiyaçılarımız finala çıxsalar da... (FOTOLAR)

Xəbər verdiniz kimi Sankt-Peterburq şəhərində əlil arabasında idman rəqsi üzrə Dünya Kuboku və Kontingent Kuboku yarışları keçirilir.

Sport7.az xəbər verir ki, paralimpiyaçılarımız Fərid Mehdiyev və Vüsalə Kərimova yarışın ilk günündə 3 mərhələdən keçərək final blokuna vəsiqə qazanıblar. Lakin final mərhələsinə yüksələn paralimpiyaçılarımız fəxri kürsünün sahibi ola bilməyiblər.

Bugünkü yarışda birinci və ikinci yerlərinə Rusiya Federasiyası, üçüncü yerə sə Cənubi Korea idmançıları layiq görülüblər. Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov medal təqdimatında iştirak edib.

Sabahkı yarışlarda Sərbəst Kombi 2 növündə Fərid Mehdiyev və Vüsalə Kərimova, yeniyetmələr arasında isə Zəkiyev Rəsul və Diana Batakova çıxış edəcəklər.

İdmançılarımız bu yarışda "Paşa Travel” şirkətinin dəstəyi ilə iştirak edirlər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR