Parataekvandoçularımız AÇ-yə yola düşdü

Parataekvandoçularımız AÇ-yə yola düşdü

Parataekvando üzrə milli komandamız 5-ci Asiya çempionatına yola düşüb

Sport7.az xəbər verir ki, 16-19 iyul tarixlərində İordaniyanın Amman şəhərində 5-ci Asia Para-Taekvando yarışları keçiriləcək.

Yarışda ölkəmizi baş məşqçi Fərid Tağızadənin rəhbərliyi ilə 6 idmançı təmsil edəcək. İdmançılarımız K44 kateqoriyasında yarışan Röyalə Fətəliyeva (49 kq), Aynur Məmmədova (+58kq), İmaməddin Xəlilov (61kq), Abuzər Əbülfəzli (75kq), Hüseyn Həsənov (75kq) və Vüsal İsmayılovdur (+75kq).

Yarış "Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

Komandamız Azərbaycan Milli Paralimpiya Komitəsi və Azərbaycan Taekvando Federasiyasının dəstəyi ilə bu yarışa yola düşüb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR