"Payız turniri"nin qalibi müəyyənləşdi

AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və Bakcell şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Memarlıq və İnşaat Universitetinin idman zalında eşitməqüsurlu əlillər arasında keçirilən futzal üzrə "Payız turniri” başa çatıb.
 
Sport7.az xəbər verir ki, turnirin qalibi "Şimşək” komandası olub. "Zirvə” və "Azəri” isə müvafiq olaraq 2-ci və 3-cü yeri tutub.

"Azəri” komandasından Ümüd İbrahimov turnirin ən yaxşı oyunçusu, "Şimşək”dən Rabil Şahbazov isə ən yaxşı qapıçı seçilib. Turnirin ən məhsuldar futzalçısı 11 qol vuran "Zirvə” komandasının üzvü Musa Musayev olub. 
 
Sonda komandalara medallar, diplomlar və kuboklar təqdim olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR