Pele əməliyyat olunub

Pele əməliyyat olunub

Pele vətəni Braziliyada əməliyyat olunub. 

Sport7.az xəbər verir ki, vətəni Braziliyada əməliyyat olunan 78 yaşlı əfsanəvi futbolçunun sidik kisəsindən daşın götürülməsi prosesi uğurla tamamlanıb. Həyatında təhlükə olmadığı bildirilən veteran hücumçunun vəziyyəti ümumilikdə yaxşı qiymətləndirilir. 

"Futbol Kralı"nın səhhətində problemlər ötən həftə Fransaya səfəri zamanı başlayıb. Braziliyalı sabiq hücumçu Parisdə PSJ-nin forvardı Kilian Mbappe ilə görüşüb. Aprelin 2-də axşam isə o, qaldığı oteldən təcili xəstəxanaya çatdırılıb.

Parisdən vətəninə qayıtdıqdan sonra üçqat dünya çempionu San-Paulu klinikalarından birinə yerləşdirilib. Tibbi müayinə nəticəsində onun sidik kanalında infeksiya olduğu müəyyənləşib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR