Pelleqrini İspaniya klubunda

Pelleqrini İspaniya klubunda

"Betis" Manuel Pelleqrini ilə anlaşıb.

Sport7.az xəbər verir ki, La Liqa təmsilçisi çilili mütəxəssisi mövsümün sonunda komandanın sükanı arxasına gətirəcək. Tərəflər arasında 2+1 illik müqavilə bağlamaq üçün razılıq əldə olunub.
 
Müqaviləyə görə mütəxəssis ilinə 5 milyon avro maaş alacaq və rəhbərlik yüksək məbləğdə transfer büdcəsi ayıracaq. "Fənərbaxça" və "Valensiya"nın təklifini qəbul etməyən 67 yaşlı çalışdırıcı mövsüm başa çatdıqdan sonra rəsmi müqaviləyə qol çəkəcək.
 
"Betis"i hazırda müvəqqəti olaraq Aleksis Truxilyo çalışdırır. Komanda 34 turdan sonra 38 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşır.
 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR