Pərdis

Pərdis "Keşlə"dən ayrıldı - Tərlan Əhmədova görə

Pərdis Fərcad-Azadın "Keşlə"yə keçidi baş tutmayıb.
 
Sport7.az xəbər verir ki, Bakı klubunun düşərgəsinə qoşulan oyunçu, tibbi müayinədən keçsə də müqavilə bağlamayıb. Buna səbəb baş məşqçi Tərlan Əhmədovun ona əsas heyət sözü verməməsi olub. Belədə, 31 yaşlı forvard sabiq komandasının düşərgəsini tərk edib.

Artıq Pərdisin yeni klubu da bəllidi. O, karyerasını Almaniyada davam etdirəcək. Millinin sabiq üzvü Rgional liqada çıxış edən "Viktoriya Berlin"lə müqavilə bağlayıb. Sözləşmənin müddəti 1 illikdi.

Pərdis Fərcad-Azad son olaraq "Zirə"də çıxış edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR