Perişiç

Perişiç "Bavariya"da (FOTO)

"İnter"in vinqeri İvan Perişiç karyerasını Almaniyada davam etdirəcək.

"Bavariya" icarə əsasında Perişiçlə anlaşdığını açıqlayıb. Xorvat futbolçu tibbi yoxlanışdan keçdikdən sonra onunla müqavilə imzalanıb.

"Bavariya" Perişiçi icarəyə götürmək üçün 5 milyon avro ödəyib. Münhen klubu bir ilin tamamında 20 milyon avro qarşılığında 30 yaşlı oyunçunun transfer haqlarını ələ keçirə bilər.

2018-19 mövsümündə İtaliya A Seriyasında 34 matçda meydana çıxan Perişiç 8 dəfə fərqlənməklə yanaşı, 5 qol ötürməsinin müəllifi olub.
 




Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR