Petr Çex karyerasını xokkeydə davam etdirəcək

Petr Çex karyerasını xokkeydə davam etdirəcək

"Çelsi" və "Arsenal"ın sabiq qolkiperi Petr Çex buzüstü xokkeylə məşğul olmaq qərarına gəlib.

Çex İngiltərənin yarı-professional klublarından olan "Qilford Feniks"lə müqavilə imzalayıb.

"Feniks"də oynamaq şansı əldə etdiyim üçün xoşbəxtəm. Ümid edirəm ki, bu gənc komandaya (klubun əsası 2017-ci ildə qoyulub - Sport7.az) cari mövsümdəki hədəflərinə çatmaqda yardımçı ola biləcəm.

Əlimdən gələni etməyə və maksimum sayda matçda oynamağa çalışacam. 20 illik futbol karyeramdan sonra, uşaqlıqda sevdiyim idman növü ilə məşğul olmaq mənim üçün əla təcrübə olacaq", - deyə Çex bildirib.

Çex "Qilford"un qapısını qoruyacaq. Komanda NIHL liqasının ikinci divizionunda çıxış edir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR