PFL əməkdaşının böyük uğuru

PFL əməkdaşının böyük uğuru



Peşəkar Futbol Liqasının baş mühasibi Xalid Cəfərovun müəllifi olduğu kitab işıq üzü görüb. 



Sport7.az xəbər verir ki, müəllif bununla bağlı sosial şəbəkədə şəxsi səhifəsində məlumat yayıb: "Nəhayət ki, əziz müəlliməm və gözəl insan Zərqələm (Əsgərova) xanımla birlikdə 2 ilə yaxındır üzərində işlədiyimiz Mühasibat uçotu (yeni hesablar planı) kitabı hazır oldu! Bu kitabda Mühasibat uçotunun yeni hesablar planı (xalq arasında 3 rəqəmli hesablar planı) üzrə bütün mühasibat müxabirləşmələri (provodkaları) geniş şəkildə izah edilmiş, mühasibatlığı öyrənmək istəyən insanlar üçün misallar üzrə praktiki məşğələlər verilmiş və geniş şəkildə izah edilmişdir. Kitabın üstünlüyü ondan ibarətdir ki, Yeni hesablar planı geniş şəkildə araşdırılmış və günümüzdə köhnə hesablar planından (2 rəqəmli hesablar planı) imtina edilərək ən çox tələb olunan Mühasibatlığın Yeni hesablar Planı üzrə işləmək istəyən insanlar üçün konkret məlumatlar öz əksini tapıb. Kitabı əldə etmək istəyənlər mənimlə əlaqə saxlaya bilərlər!”


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR