PFL

PFL "Qarabağ"ın xahişini yerinə yetirdi

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.
 
Sport7.az xəbər verir ki, Avropa Liqasındakı oyunlarını neytral meydanda keçirən "Qarabağ” vaxt məhdudiyyəti səbəbindən "Qəbələ” ilə 6 dekabr saat 14:00-da baş tutacaq səfər oyununun ev, 3-cü dövrənin "Qarabağ” – "Qəbələ” (6 mart) oyununun "Qəbələ” – "Qarabağ” oyunu kimi qeydə alınmasını xahiş edib. "Qəbələ” klubunun razılıq məktubunu nəzərə alan PFL müvafiq dəyişikliyi edib. 

6 dekabr 

"Qarabağ” – "Qəbələ”

"Azersun Arena”, saat 14:00

6 mart 

"Qəbələ” - "Qarabağ”

Qəbələ şəhər stadionu
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR