Pike:

Pike: "Real" və "Atletiko"nun oyunçularını Deyvis Kubokuna dəvət etmək istəyirəm"

"Barselona"nın müdafiəçisi Jerar Pike "Real" və "Atletiko"da çıxış edən həmkarlarını Deyvis Kubokuna dəvət etmək niyyətində olduğunu bildirib:

"Təbii ki, Florentino Peres Deyvis Kubokunu gəlib izləyə bilər. Futbol başqadı, tennis başqa... Həmçinin "Real" və "Atletiko"nun oyunçularına da dəvət göndərmək istəyirəm.

Futbolla tennisi bir-birindən ayırmaq lazımdı. Futbolda biz rəqibik, amma tribunadan tennis izləmək tamamilə başqa məsələdi.

Əminəm ki, "Real"ın və "Atletiko"nun futbolçuları Rafa Nadal və onun komanda yoldaşlarını izləmək istəyəcəklər".

Pike Deyvis Kubokunun təşkilatçısı olan "Kosmos" şirkətinin sahiblərindən biridi. Turnir 18-24 noyabr tarixlərində keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR