Pilotların Azərbaycan Qran-prisində istifadə edəcəyi təkərlər (FOTO)

Pilotların Azərbaycan Qran-prisində istifadə edəcəyi təkərlər (FOTO)

"Pirelli" şirkəti Formula 1 komandalarının Azərbaycan Qran-prisində istifadə edəcəkləri təkər seçimləri barədə məlumat yayıb.

Qaydalara əsasən, Qran-prinin gedişində hər pilotun ixtiyarında ümumilikdə 13 dəst təkər olur. "Pirelli" sürücülərin sıralama turlarının üçüncü seqmentində istifadə etmələri üçün ən yumşaq şinlərdən ibarət dəstlə yanaşı, yarış üçün əlavə iki komplekt ayırır. Onlar bunlardan birini seçməlidilər. Digər 10 dəst isə həftə sonu pilotların ixtiyarında olur, ancaq onlardan 6-sı sıralama turunun startına qədər təchizatçıya geri qaytarılmalıdı.

Komandalar Azərbaycan Qran-prisində müvafiq olaraq "hard", "medium" və "soft" adlanan C2, C3, C4 təkər növlərindən istifadə edəcəklər.
 
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-prisi 26-28 aprel tarixlərində keçiriləcək.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR