Pirlo

Pirlo "Yuventus"da islahatlara başlayır

"Yuventus”un yeni baş məşqçisi Andrea Pirlo komandada islahatlara başlayır.

Sport7.az xəbər verir ki, yeni çalışdırıcı bir sıra təcrübəli futbolçuların xidmətindən imtina etmək niyyətindədi. Onlardan bir neçəsinin adı bəllidir. Pirlo hücumçu Qonsalo İquayn və yarımmüdafiəçilər Sami Xedira ilə Duqlas Kostanın göndərilməsini istəyir.

Bir gün öncə baş məşqçi təyin olunan italiyalı komandaya iki yeni futbolçu alınmasını tələb edib. O, mərkəz hücumçusu və yarımmüdafiəçiyə ehtiyac olduğunu klub rəhbərliyinə çatdırıb.

Veteran futbolçu baş məşqçi postunda Maurisio Sarrini əvəzləyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR