"Pis oynasaydıq, "Vanda Metropolitano"da "Atletiko"nu məğlub edə bilməzdik" - Valverde

"Barselona"nın baş məşqçisi Ernesto Valverde komandadakı son vəziyyəti dəyərləndirib:

"Mövsümün həlledici hissəsidi. Komandamız güclüdü və bu formada da davam etmək istəyirik.

Pis oynasaydıq, "Vanda Metropolitano"da "Atletiko"nu məğlub edə bilməzdik. Düzdü, bəzən yaxşı futbol oynamadan da qələbə qazanmaq olur, amma liqada həmişə ən yaxşı komandalar çempion olur. Bu, bir qaydadı.

Tənqidlərə baxmayaraq, son iki səfər matçımızda qələbə qazandıq. Çempionatın lideriyik. Komanda həmişə yaxşı futbol oynamağa çalışır. Bəzən alınır, bəzən alınmır, amma həmişə bunun üçün cəhd edirik.

"Barselona" qələbə qazanmaqla yanaşı, yaxşı oynamaq məcburiyyətindədi".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR