Poçettino

Poçettino "Barselona"nı çalışdıra bilər

Maurisio Poçettino "Barselona"nın baş məşqçi postuna namizəddi.

RAC1-in xəbərinə görə, klub prezidenti Jozep Bartomeu və idarəçilər Poçettinonun namizədliyini dəstəkləyirlər. Hazırda "Əl-Sədd"i çalışdıran Xavinin təklifi qəbul etməməsindən sonra "Barsa" rəhbərliyinin diqqətini argentinalı mütəxəssisə yönəltdiyi bildirilir.

Poçettinonun son iş yeri "Tottenhem" olub. O, daha əvvəl "Barselona"nın əzəli rəqibi "Espanyol"u çalışdırıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR