Poçettino:

Poçettino: "Futbol sayəsində bənzərsiz emosiyalar yaşayırıq"

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino "Ayaks"la cavab görüşündən (3:2) sonra fikirlərini bölüşüb.

Argentinalı mütəxəssis yalnız futbol sayəsində bənzərsiz emosiyalara qapılmağın mümkün olduğunu bildirib və het-triklə komandasının geri dönüşündə önəmli rol oynayan Lukas Mouranı superqəhrəman adlandırıb:

"Danışmaq çətindi. Möhtəşəm emosiyaların təsirindəyəm. Çox sağ ol, futbol. Futbol sayəsində bənzərsiz emosiyalar yaşayırıq. Baş verənləri sözlə ifadə etmək çətindi. Bizə inanan hər kəsə təşəkkür edirəm.

Oyunçularım qəhrəmandılar. Ötən il də demişdim: bu komandanın üzvləri əsl qəhrəmandılar. İkinci hissədə inanılmaz oyun nümayiş etdirdilər.

İdmanı, futbolu sevdiyimizi göstərdik. Yaxşı ki, məşqçi olmuşam, futbolun içində olmaq şansı əldə etmişəm və bu hissləri yaşamışam. Hər kəs qəhrəmandı, Lukas Moura isə superqəhrəman...

Ailəmi də yada salmaq istərdim. Bu, sizin üçündü".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR