Polina Rəhimova millidən getdi

Polina Rəhimova millidən getdi

Polina Rəhimova Azərbaycan milli komandasındakı karyerasını başa vurub.
 
Sport7.az xəbər verir ki, bu barədə 29 yaşlı voleybolçu Avropa Voleybol Konfederasiyasının rəsmi saytına açıqlamasında bildirib. 

Braziliya təmsilçisi "Sesi Bauru"da çıxış edən Rəhimova hazırda Hollandiyanın Apeldorn şəhərində keçirilən 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində formal xarakterli daşıyan Polşayla matçın onun üçün də sonuncu olacağını bildirib: "Tokio Olimpiadasından kənarda qaldıq. Növbəti qarşılaşma üçün hələ də həyəcanlıyam. Bu, millidə son oyunum olacaq".  

Millimizin yeni baş məşqçisi Vasif Talıbovun rəhbərliyi qrupda ilk 2 görüşdəki məğlubiyyətdən sonra qrup sonuncusu olacağı dəqiqləşib. Yanvarın 11-də Polşa ilə keçirəcəyi son tur matçının nəticəsindən asılı olmayaraq, Azərbaycan yığması Olimpiadaya lisenziya qazana bilməyib. 

Ukrayna voleybolunun yetirməsi olan Özbəkistan əsilli dünya rekordçusu 15 yaşından - 2007-ci ildən Rəhimova Azərbaycan millisinə 2007-ci ildən çağırılmağa başlayıb. Ölkəmizdə "Nəqliyyatçı" klubuna dəvət edilən voleybolçu 13 il əvvəl milliləşdirilib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR