Polis

Polis "Qarabağ" azarkeşlərini bölməyə apardı

Topaz Premyer Liasının 14-cü turu çərçivəsində keçirilən "Neftçi" - "Qarabağ" matçı sonrası xoşagəlməz hadisə yaşanıb. Sport7.az xəbər verir ki, "İmarət" azad azarkeş qrupunun 3 üzvü polis tərəfindən saxlanılıb.

Buna isə azarkeşlərin protexniki vasitələrdən istifadə etməsi və "Neftçi" fanatları ilə qarşıdurması səbəb olub. Əldə etdiyimiz məlumata görə, bakılı fanatlardan tutulan və saxlanılan olmayıb. Saxlanılan azarkeşlər Nizami rayonu 24-cü polis bölməsinə gətirilib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR