Polisi öldürməyə cəhd edən azarkeş həbs olundu

Polisi öldürməyə cəhd edən azarkeş həbs olundu

Rumıniyada "Universitatya Kluj" klubunun azarkeşi Vidreyan Trayan polisi öldürməyə cəhd etdiyi üçün 7,5 il həbs cəzasına məhkum edilib. 

Sport7.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
 
Xəbərə görə, hadisə 2019-cu ilin iyununda əsas liqaya vəsiqə uğrunda "Hermannştadt" ilə matçda baş verib. Qarşılaşma "Universitatya Kluj"un 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komanda cavab görüşündə 1:0 hesablı qələbə qazansa da, II liqada qalıb. 

Matçdan sonra "Universitatya Kluj"un azarkeşləri ilə polis arasında toqquşma baş verib. İğtişaşlar zamanı Vidreyan Trayan oturacaqla polisin başına vurub. Xəsarət nəticəsində polisin başından qan açılıb və o, huşunu itirib. Həbsdən əlavə azarkeşə 18 min avro cərimə tətbiq olunub. Onun məhkəmənin qərarı ilə bağlı şikayət vermək hüququ var. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR