Poqba 2-3 həftəlik müalicə prosesindən keçməlidi

Poqba 2-3 həftəlik müalicə prosesindən keçməlidi

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın zədəsi ilə bağlı yekun detallar məlum olub.

"L'Equipe" nəşrinin məlumatına görə, Poqbanın ayaq barmağında çat aşkarlanıb. Fransız futbolçu 2-3 həftəlik müalicə prosesindən keçməlidi.

Həm klub, həm də Poqba indiki vəziyyətdə cərrahi müdaxilənin əleyhinədilər. 

Qeyd edək ki, 26 yaşlı oyunçu Liqa Kuboku çərçivəsində "Roçdeyl"lə oynanılan matçda sıradan çıxmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR