Portuqaliya klubunda 17 nəfər koronavirusa yoluxub

Portuqaliya klubunda 17 nəfər koronavirusa yoluxub

Portuqaliya klubu "Benfika"da koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Yanvarın 16-da götürülmüş testlərdən 17-si müsbət çıxıb. İnfeksiyaya yoluxanlardan neçəsinin futbolçu olduğu açıqlanmır. Komanda 14 günlük karantinə alınıb. Lissabon təmsilçisinin bu müddət ərzindəki oyunlarının təxirə salınacağı gözlənilir.

"Benfika" ölkə çempionatında 3-cü pillədə qərarlaşıb. Avropa Liqasında pley-offa yüksələn komanda bu mərhələdə İngiltərə "Arsenal"ı ilə qarşılaşacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR