Premyer Liqa çempionundan antirekord

Premyer Liqa çempionundan antirekord

"Liverpul” antirekorda imza atıb.

Sport7.az xəbər verir ki, Yurgen Kloppun yetirmələri ardıcıl 5 ev məğlubiyyəti alıb. Bu, klub tarixində ilk belə hadisədir. "Liverpul”un antirekordu "Çelsi” ilə görüşdə rəsmiləşib.

Premyer Liqanın XXIX turunda liverpullular 0:1 hesabı ilə uduzub. Bunadək Kloppun komandası "Bernli” və "Brayton”a 0:1, "Mançester Siti”yə 1:4, "Everton”a 0:2 hesabı ilə məğlub olub.

Mersisaydlılar ardıcıl 5 ev məğlubiyyəti alan ilk çempiondur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR