Premyer Liqa klubları təmas məşqlərinə başlayır - RƏSMİ

Premyer Liqa klubları təmas məşqlərinə başlayır - RƏSMİ

İngiltərə Premyer Liqasında tam məşqlərin bərpası ilə bağlı klub sahiblərinin səsverməsinin nəticəsi açıqlanıb.

Sport7.az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb. 
 
Bu təşəbbüs yekdilliklə dəstəklənib. Artıq klublar komanda halında, təmasdan çəkinmədən məşq edə biləcəklər. Bununla belə, futbolçulara lazımsız təmasdan yayınmaq tövsiyə olunub.

İngiltərə çempionatında çıxış edən klubların üzvləri mayın 24-də təkrar koronavirus testindən keçmişdilər və daha iki nəfərdə COVID-19 aşkarlanmışdı. Beləlikə, Premyer Liqada koronavirusa yoluxanların sayı 8-ə çatmışdı.

Daha öncə "Uotford"un hücumçusu Troy Dini və "Çelsi"nin yarımmüdafiəçisi N'Qolo Kante məşqlərə qatılmaqdan imtina etmişdilər.

Fanat.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR