Premyer Liqada 75-ci oyun, 35-ci qol, “Neftçi”də 15-ci qol

Premyer Liqada 75-ci oyun, 35-ci qol, “Neftçi”də 15-ci qol

"Neftçi”nin fransalı futbolçusu Baqali Dabo Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə qol hesabını açıb. 

Sport7.az xəbər verir ki, meydana çıxdığı əvvəlki 5 oyunda rəqib qapısına yol tapa bilməyən hücumçu "Zirə” ilə VIII turun ev görüşündə (3:0) fərqlənib.

Bu, Baqali üçün yubiley qolu olub. O, Premyer Liqada 35-ci dəfə topu rəqib qapısından keçirib. Bu qollardan 15-i "Neftçi”nin heyətində vurulub. İlk dəfə 2016/17 mövsümündə fərqlənən fransalı digər 20 qolunu "Qəbələ”nin heyətində vurub.

"Zirə” ilə görüş həm də Baqalinin Premyer Liqadakı yubiley – 75-ci oyunu olub. O, "Qəbələ”də 43, "Neftçi”də 32 oyun keçirib.

mövsüm

klub

oyun

qol

2016/17

Qəbələ

16

7

2017/18

Qəbələ

27

13

2018/19

Neftçi

26

14

2019/20

Neftçi

6

1

Cəmi

75

35


Qeyd edək ki, Dabo Azərbaycan çempionatları tarixinin bombardirləri siyahısında 71-73-cü yerlərə şərikdir. O, Viktor Kulikov və Sahib Əliyevlə eyni sayda fərqlənib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR