Premyer Liqada koronavirusa 2 yeni yoluxma

Premyer Liqada koronavirusa 2 yeni yoluxma

İngiltərə Premyer Liqasında mübarizə aparan klublar növbəti dəfə koronavirus testindən keçiblər.

Sport7.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
 
Xəbərə görə, 22-28 fevral aralığında 2733 nəfərdən götürülmüş koronavirus testlərindən ikisinin nəticəsinin müsbət olduğu bildirilib.

Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb. Onlar 10 günlük karantinə alınıblar.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR