Premyer Liqada müqaviləsi bitən futbolçulara güzəşt ediləcək

Premyer Liqada müqaviləsi bitən futbolçulara güzəşt ediləcək

İngiltərə Premyer Liqasının təşkilatçıları 2020-cil ilin yayında klubları ilə anlaşması bitəcək futbolçuların müqavilələrində müəyyən güzəştlər nəzərdə tutub.
 
Sport7.az xəbər verir ki, bu səbəbdən yarışın rəhbərliyi sözügedən futbolçuların mövsümüm tamamlaması üçün klubları ilə qısamüddətli müqavilə bağlamalarına şərait yaradacaq qərar qəbul edib. 
 
Yarışın rəsmilərindən Riçard Masters məsələ ilə bağlı açıqlamasında "Komandaların mövsümü eyni heyətlərlə bitirə bilməsini istəyirik. Bu üzdən iyunun 30-da müqaviləsi bitən oyunçular mövsüm başa çatana qədər anlaşmanın müddətini uzada bilərlər. Amm hər iki tərəfin də bu mçəsələdə həmfikir olması lazımdı" sözlərini söyləyib.
 
Bu prosesi həyata keçirmələri üçün klublara iyunun 23-nə qədər müddət verilib. İyunda müqaviləsi sona çatacaq futbolçular arasında Villian, Yan Vertonyen, Rayan Fraser kimi vacib adlar var. 
 
Premyer Liqa 2019/20 mövsümünün bitməsinə 9 matç qalmış koronavirus səbəbindən mart ayında dayandırılmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR