"Sumqayıt" zirvədə, Qəbələdə heç-heçə - YENİLƏNDİ

Bu gün Azərbaycan Premyer Liqasında III tura start verilib.

Sport7.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib.

İlk matçı Qəbələdə baş tutub. "Qəbələ" doğma meydanda "Keşlə"ni sınağa edib. Meydan sahiblərinin 67-ci dəqiqədən azlıqda qaldığı oyunda hesab açılmayıb və komandalar hərəyə bir xal qazanıb. 

Bu komandalar arasında çempionatdakı 48-ci qarşılama olub. Bunlardan 17-də "Keşlə", 13-də "Qəbələ" qələbə qazanıb. 18 oyunda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də "Keşlə" daha yaxşı göstəriciyə malikdi - 62:47. 

Günün son qarşılaşmasında isə "Sumqayıt" və "Səbail" komandaları "Kapital Bank Arena"da üz-üzə gəlib. Görüşdə meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıb. 

 
Komanda çempionatda 11-ci dəfə üz-üzə gəlib. "Sumqayıt" 5, "Səbail" 4 qələbə qazanıb, 2 oyunda isə tərəflərdən heç biri üstünlük qazana bilməyib. Bu görüşlərdə hər iki komanda 10 qol vurub. 

Qeyd edək ki, tura sentyabrın 20-də keçiriləcək "Zirə" - "Sabah" və "Qarabağ" - "Neftçi" matçları ilə yekun vurulacaq.
 

 
Azərbaycan Premyer Liqası, III tur 

19 sentyabr
 
17:00. "Qəbələ" - "Keşlə" 0:0
 

"Qəbələ”: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 77. Merab Qiqauri, 32. Nikolas Raysel. 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 55. İdris İnqilablı

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 22. Rodriqo Qattas, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 19. Samir Qurbanov, 71. Rüfət Əhmədov

"Keşlə”: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 14. Turan Vəlizadə

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov. 6. Rəşad Sadiqov. 8. Tural Axundov. 20. Rail Məlikov, 16. Alvaro Tavares, 99. Rafael Məhərrəmli, 97. Xəzər Mahmudov

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov
Qəbələ şəhər stadionu

19:15. "Sumqayıt" - "Səbail" 2:1
Qol: Süleyman Əhmədov, 9 (1:0), Rauf Əliyev, 21 (1:1), Əli Qurbani, 32 (2:1)

 
"Sumqayıt” : 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev , 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 33. Eltun Turabov, 4. Kərəm Sultanov, 21. Adəm Həmati, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə. 8. Səbuhi Abdullazadə
"Səbail”: 96. Nikolas Hagen, 17. Elçin Rəhimli, 34. Urfan Abbasov (k), 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 8. Lema Mabidi, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 5. Vüqar Bəybalayev, 19. Elgün Nəbiyev, 16. Peyman Keşavarzi, 20. Ruslan Hacıyev, 13. Əli Sadıxov, 77. Ədilxan Qarəhmədov
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rauf Allahverdiyev
"Kapital Bank Arena"

20 sentyabr (bazar)

18:00. "Zirə” – "Sabah”
Zirə İdman Kompleksinin stadionu

20:15. "Qarabağ” – "Neftçi”
"Azersun Arena”
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR