Premyer Liqamızın püşkatma mərasiminin vaxtı açıqlandı

Premyer Liqamızın püşkatma mərasiminin vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. 

Sport7.az xəbər verir ki, tədbir avqustun 12-də keçiriləcək.

Mərasim AFFA-nın inzibati binasında təşkil olunacaq. Püşkatma klub və KİV nümayəndələri üçün qapalı olacaq. Buna səbəb koronavirus pandemiyasıdır.

Tədbir saat 15:00-da başlanacaq. Püşkatma mərasimi "CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR