Prezident cüdoçu qadınlarla görüş keçirdi

Prezident cüdoçu qadınlarla görüş keçirdi

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və baş katib Kamal Məmmədov qadınlardan ibarət cüdo idman növü üzrə komandanın təlim-məşq toplantısının gedişatı ilə tanış olmaq üçün komanda üzvləri ilə görüş keçirib.

Sport7.az xəbər verir ki, komandanın baş məşqçisi Ramin İbrahimov idmançıların hazırki fiziki və psixoloji hazırlığı barədə Komitə rəhbərliyinə məlumat verib.
Komitə prezidenti Rəhimov və baş katib Məmmədov idmançılara gələcək yarışlarda uğurlar arzulayıblar.

Keçirilən təlim-məşq toplantısı olimpiyaçı cüdoçularnan birgə keçirilir və 08 – 13 aprel 2020-ci il tarixlərində Böyük Britaniyanın Nottinqem şəhərində baş tutacaq Qran Priyə hazırlıq məqsədi daşıyır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR