Prezident Həbib - Ferqyuson döyüşündən danışdı

Prezident Həbib - Ferqyuson döyüşündən danışdı

UFC rəhbəri Deyna Uayt "Reddit" formunda qonaq qismində iştirak edib və MMA azarkeşləri ilə söhbətləşib.

Sport7.az xəbər verir ki, Uayt Həbib Nurməhəmmədov - Toni Ferqyuson döyüşünün 2020-ci ilə baş tutmasına dair şübhələri olduğunu gizlətməyib:

"Həqiqətən də, bu döyüşün keçiriləcəyindən əmin deyiləm. Döyüşü yenidən təşkil etməyə çalışsaq, kim bilir, bu səfər nələr baş verəcək... Bu barədə düşünəndə artıq qorxuram".

Nurməhəmmədov - Ferqyuson döyüşü indiyə kimi 5 dəfə təxirə salınıb. Son olaraq, idmançılar 18 apreldə UFC 249 çərçivəsində üz-üzə gəlməli idilər. Lakin Həbib koronavirus pandemiyası səbəbindən döyüşdən imtina etmişdi.

Mayın 9-da keçiriləcək UFC 249 turnirində rus idmançını Castin Qetji əvəzləyəcək. Ferqyuson - Qetji döyüşünün qalibinin sentyabrda Həbiblə qarşılaşacağı gözlənilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR