Prezident Qran-Pridən 11 medalla qayıdan idmançıları qəbul etdi (FOTOLAR)

Prezident Qran-Pridən 11 medalla qayıdan idmançıları qəbul etdi (FOTOLAR)

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov cüdo idman növü üzrə kişilərdən və qadınlardan ibarət Paralimpiya Milli Komandalarının baş məşqçiləri və Daşkənd Qran-Prisində medal qazanmış idmançılarla görüşmüşdür.
 
Sport7.az xəbər verir ki, Rəhimov idmançıları təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulamışdır. Sonra 2020-ci ildə Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla bağlı baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimovun, eləcə də idmançıların məlumatları dinlənilmiş və müzakirələr aparılmışdır. İlqar Rəhimov baş məqçilərə, idmançılara və Komitənin məsul işçilərinə müvafiq tapşırıqlar vermişdir.

Qeyd edək ki, paralimpiyaçı cüdoçularımız Özbəkistanın Daşkənd şəhərində keçirilmiş Para-cüdo idman növü üzrə Qran-Pri yarışlarında 11 medal (1 qızıl, 3 gümüş, 7 bürünc) qazanaraq, medal sayına görə birinci, medal əyarına görə isə üçüncü yerə layiq görülmüşlər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR